Yaşar Nurinin 65 illik yubiley gecəsi - FOTO

Yaşar Nurinin 65 illik yubiley gecəsi - FOTO

Noyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin (1951-2012) 65 illik yubileyi münasibətilə xatirə tədbiri keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşən gecədə tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhum sənətkarın sənət dostları və yaxınları iştirak edib.

Bu barədə Oxu.Az-a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Əvvəlcə iştirakçılar Yaşar Nurinin sənət yolunu əks etdirən fotosərgi ilə tanış olublar.

Çıxışlarda isə aktyorun zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verdiyi qeyd olunub.

Xatirə gecəsində sənətkarın vaxtilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlər təqdim olunub.

A.S.

0
7