Azərbaycanın iki rayonunda təbii qaz olmayacaq

Azərbaycanın iki rayonunda təbii qaz olmayacaq

Bu gün saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Şəmsəbad”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Ağstafa”, “Köçəsgər” və “Tovuz” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.

“Təmir müddətində Ağstafa və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Ağdaş rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür”, - deyə qurumdan qeyd edilib.

U.A.

0
7