Manat ucuzlaşıb

Manat ucuzlaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 15-i ilə müqayisədə 0,50% bahalaşaraq 1,7039 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8220 manatdan 1,8302 manata qalxıb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,0257 manatdan 0,0266 manatadək artıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5162 manatdan 0,5180 manatadək bahalaşıb.

Məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1162 manatdan 2,1232 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6799 manatdan 0,6864 manatadək bahalaşıb.

U.A.

0
10