Azərbaycan Ukraynaya dəstək oldu

Azərbaycan Ukraynaya dəstək oldu

Ukrayna çərşənbə axşamı BMT Baş Assambleyasının III Komitəsində Krımda insan haqlarının pozulması ilə bağlı vəziyyəti pisləyən və Rusiyanı yarımadaya beynəlxalq müşahidəçiləri buraxmağa çağıran qətnamənin qəbul etdirilməsinə nail olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, sənədin lehinə 73 ölkə, o cümlədən Böyük Britaniya, ABŞ, Azərbaycan, Gürcüstan və Avropa İttifaqı ölkələri səs veriblər.

Rusiya, Ermənistan, Belarus, Venesuela, Çin, Şimali Koreya, Hindistan, İran, Qazaxıstan, Serbiya, Suriya, Özbəkistan da daxil olmaqla 23 ölkə sənədin əleyhinə səs verib. Daha 76 ölkə, həmçinin Qırğızıstan və Tacikistan bitərəf qalıb.

E.Ə.

0
7