Krımda insan haqlarına dair qətnamə BMT-də qəbul olundu

Krımda insan haqlarına dair qətnamə BMT-də qəbul olundu

Ukraynanın Krımda insan haqlarına dair qətnaməsi BMT Baş Assambleyasında müzakirəyə çıxarılacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insan haqları sahəsindəki vəziyyətin beynəlxalq monitorinqinə çağıran sənəd BMT Baş Assambleyasının sosial, humanitar və mədəniyyət məsələləri üzrə Üçüncü Komitəsi tərəfindən qəbul edilib.  

Səsvermədə bütün ölkələr iştirak etməyib. Sənəd 73 ölkə tərəfindən dəstəklənib, 23 ölkə əleyhinə, 76 ölkə bitərəf olub. Layihə bir çox Avropa ölkələri və ABŞ tərəfindən dəstəklənib, Rusiya, Çin, Serbiya, Kuba, Hindistan, Qazaxıstan və s. ölkələr əleyhinə çıxış edib.

Azərbaycan səsvermədə iştirak etməyib.

Sənəd Rusiyanı insan haqları sahəsində müşahidələr aparan beynəlxalq missiyaların və qeyri-hökumət hüquq müdafiə təşkilatlarını Krıma maneəsiz girişini təmin etməyə çağırır.   

Sənəddə Krım tatarları, ukraynalılar və digər etnik və dini qruplara mənsub olan şəxslər də daxil olmaqla, ümumilikdə, Krım sakinlərinə qarşı tətbiq edilən praktika, insan haqlarının pozulması halları, diskriminasiya tədbirləri pislənib.

0
7