Fikri Işıkdan PYD silahlılarına sərt xəbərdarlıq

Fikri Işıkdan PYD silahlılarına sərt xəbərdarlıq

PYD silahlıları Suriyanın şimalındakı Əl-Bab şəhərinə yaxınlaşarsa, bu onlara baha başa gələcək. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə naziri Fikri Işık deyib.

“Əgər PYD silahlıları Suriyanın şimalındakı rayonları birləşdirmək planlarından vaz keçməyəcəklərsə, bu onlara çox baha başa gələcək. Ankara PYD-nin Əl-Bab şəhərinə yaxınlaşmasını istəmir... Xatırlatmaq istərdim ki, Türkiyə Əl-Bab mövzusuna çox həssas yanaşır. Bu hamıya məlumdur. PYD silahlıları əvvəllər də bu şəhəri zəbt etməyə çalışıblar, lakin geri oturdurulublar”, - deyə Işık bildirib.  

Nazirin sözlərinə görə, “Ərəfat qalxanı” əməliyyatı uğurla davam etdirilir.

Qeyd edək ki, prezident Ərdoğan və baş nazir Binəli Yıldırım Suriya müxalifətinin Əl-Bab şəhərinə  doğru irəlilədiyini və tezliklə şəhərin İŞİD-dən azad ediləcəyini bildirib.

0
6