Martda Türkiyəyə gedən azərbaycanlıların sayı açıqlandı

Martda Türkiyəyə gedən azərbaycanlıların sayı açıqlandı

Gələn turistlər arasında azərbaycanlıların payı 2,50% olub.

2016-cı ilin mart ayında 41 min 301 nəfər azərbaycanlı Türkiyəyə ziyarət edib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 15,89% azalma deməkdir. 

Bu barədə Oxu.Az Türkiyə Mədəniyyət Turizm Nazirliyinə istinadən xəbər verir. 

Qeyd edək ki, 2015-ci ilin mart ayında qonşu ölkəyə 49 min 102 nəfər azərbaycanlı səfər edib. 

Gələn turistlər arasında azərbaycanlıların payı 2016-cı ilin mart ayında 2,50%, 2015-ci ilin mart ayında isə 2,59% olub. 

Ümumilikdə 2016-cı ilin mart ayında Türkiyəyə ziyarət edən turistlərin sayı ötən ilin anoloji dövrü ilə müqayisədə 12,84% azalaraq, 1 milyon 652 min 511 nəfər olub.  

0
19