İki milyon dollar rüşvət almış nazir ev dustaqlığına məhkum edildi

İki milyon dollar rüşvət almış nazir ev dustaqlığına məhkum edildi

Moskvanın Basman Rayon Məhkəməsi rüşvət almaqda ittiham olunan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  ev dustaqlığının müddəti yanvarın 15-dək müəyyən edilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundn əvvəl Aleksey Ulyukayevi etimadı itirdiyinə görə iqtisadi inkişaf naziri vəzifəsindən azad edib.

Qeyd edək ki, A.Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in səhm paketinin alınmasına müsbət rəy üçün 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham edilir.

0
7