Pakistan FETÖ-çü müəllimləri ölkəni tərk etməyə çağırıb

Pakistan FETÖ-çü müəllimləri ölkəni tərk etməyə çağırıb

Pakistan hökuməti Fətullah Gülən qruplaşmasına (FETÖ) aid məktəblərdə çalışanlardan ölkəni tərk etmələrini tələb edib.

Oxu.Az “Anadolu” agentliyinə istinadən məlumat verir ki, hökumət ölkədə FETÖ-yə aid 23 məktəbdə çalışan 108 müəllimə ailələri ilə birlikdə Pakistandan çıxmaq üçün noyabrın 20-ə qədər vaxt verib.

Məlumata görə, Pakistanda FETÖ məktəbləri “PakTurk” adı altında faaliyyət göstərir. Ümumilikdə təxminən 400 nəfərə ölkəni tərk etməlidir.

Qeyd edək ki, sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana rəsmi səfəri başlayır.

S.B.

0
8