Neftçalada evdən iki bacının meyiti tapılıb

Neftçalada evdən iki bacının meyiti tapılıb

Neftçalada 65 və 62 yaşlı bacıların meyitləri yaşadıqları evdə aşkar olunub.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, saat 17.00 radələrində Neftçalanın Qoltuq kəndində evdə yaşayan iki bacı, 1951-ci il təvəllüdlü Gülbəxt Adgül qızının və 1954-cü ildə anadan olmuş Balacaxanım Adgül qızının meyitləri Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunub.

Meyitlərin vizual müayinəsi zamanı onların üzərində zorakılıq əlaməti aşkar olunmayıb.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

S.B.

0
11