Vahid Ələkbərov: Ulukayevin həbsinə hələ bir məna verməmişəm

Vahid Ələkbərov: Ulukayevin həbsinə hələ bir məna verməmişəm

“LUKOİL” neft şirkətinin rəhbəri Vahid Ələkbərov, RF İqtisadi inki.af naziri Aleksey Ulukayevə qarşı cinayət işi qaldırıldıqdan sonra “Rosneft”in “Başneft” şirkətinin səhmlər paketinə sahib olmasına dair sazişin nəticələrinə yenidən baxılma riski görmür, Oxu.Az xəbər verir.

“Xeyr. Mən bu gün bu iki məsələni əlaqələndirmirəm”, - Ələkbərov İnterfaksın suallarına cavab verərkən bildirib.

“LUKOİL” rəhbəri həmçinin qeyd edib ki, Ulukayevin saxlanılmasına dair məlumat onun üçün yenilik olub. “Mən hələ baş verən hadisələrə bir məna verə bilməmişəm”, - o, əlavə edib.

N.O.

0
6