Mühacirlik üçün ən yaxşı ölkələr – HSBC bankının reytinqi

Mühacirlik üçün ən yaxşı ölkələr – HSBC bankının reytinqi

HSBC bankı mühacirət üçün ən yaxşı ölkələrin illik hesabatını dərc edib.

Oxu.Az VC.ru-ya istinadən xəbər verir ki, hesabat 190 ölkədə yaşayan 27 min mühacir arasında aparılan sorğuya əsaslanıb.

HSBC apardığı sorğuda iştirak edənlər ölkənin iqtisadi inkişaf səviyyəsini – iş yerlərinin olması, məvacib, iş və şəxsi həyat arasında tarazlıq; həyat təcrübəsi – yaşayış yerlərinin olması, səhiyyə, təhlükəsizlik, mədəniyyət və yeni tanışlıqlar; ailənin köçməsi və yaşaması imkanları – məktəb təhsilinin səviyyəsi, tolerantlıq, uşaqlara göstərilən qayğı qiymətləndirilib.

Reytinqin birinci pilləsində Sinqapurdur. HSBC ekspertləri şəhəri dünyada ən təmiz və təhlükəsiz şəhr kimi təsvir ediblər:

“Bu, Asiyanın inkişaf edən ölkələri arasında öz yerinin tutmaq üçün işləyən multikultural habdır”.

HSBC sorğusuna müvafiq olaraq mühacirlik üçün ən yaxşı 11 ölkənin siyahısı:

1.Sinqapur. İqtisadiyyat – 2-ci yer, təcrübə - 4, ailə - 3-cü yer.

2. Yeni Zelandiya. 15, 1, 4.

3. Kanada. 10, 3, 5.

4. Çexiya. 12, 8, 2.

5. İsveçrə. 1, 17, 26.

6. Norveç. 4, 11, 16.

7. Avstriya. 7, 16, 6.

8. İsveç. 6, 31, 1.

9. Bəhreyn. 17, 6, 9.

10. Almaniya. 3, 27, 12

11. Avstraliya. 18, 5, 20.

N.O.

0
5