İstanbulda Səməd Vurğunun yubileyi qeyd olunub - FOTO

İstanbulda Səməd Vurğunun yubileyi qeyd olunub - FOTO

İstanbulda keçirilən 35-ci beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində fəaliyyət göstərən Azərbaycan bölməsində Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə anma mərasimi keçirilib.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən mərasimdə rəsmi şəxslər, o cümlədən ölkəmizin İstanbuldakı Baş konsulluğunun rəhbərliyi, Azərbaycan və Türkiyədən olan ziyalılar, yazıçı və şairlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əməkdar Artist Mehriban Zəki Səməd Vurğunun məşhur “Azərbaycan” və digər şeirlərini səsləndirib.

Daha sonra Səməd Vurğunun mənalı həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub. Filmdə ulu öndər Heydər Əliyevin Səməd Vurğunun “Azərbaycan” şerini söyləməsinə aid tarixi məqam da əks olunub.

Qeyd edək ki, Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə daha iki anma mərasimi Türkiyənin Ankara şəhərində keçiriləcək.

A.S.

0
6