Dövlət büdcəsinin kəsiri azalıb

Dövlət büdcəsinin kəsiri azalıb

2016-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 12 mlrd. 103,9 mln. manat vəsait daxil olub, büdcədən 12 mlrd. 468,2 mln. manat vəsait xərclənib.

Oxu.Az xəbər verir ki, büdcənin icrasında yaranmış 364,3 mln. manatlıq kəsir ümumi daxili məhsulun 0,7%-i səviyyəsində olub.

Xatırladaq ki, cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 14 milyard 951 milyon manat, icmal büdcənin xərcləri isə 12 milyard 623,4 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 2327,6 milyon manat təşkil edib.

S.B.

0
4