Akif Çovdarov yeni vəkillə müqavilə bağladı

Akif Çovdarov yeni vəkillə müqavilə bağladı

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə A. Çovdarov həkim nəzarətində gətirilib. İclasda A. Çovdarovun yeni vəkillə müqavilə bağladığı bildirilib.

Onun yeni vəkili Şahin Rəfiyev orderi məhkəməyə təqdim edib. Hakim bildirib ki, A. Çovdarovun vəkillərindən imtina və yeni vəkilin prosesə müdafiəçi kimi qoşulması məsələsinə növbəti iclasda münasibət bildiriləcək.

Məhkəmə iclası jurnalistlərin iştirakı olmadan keçirilib. Proses noyabrın 17-də davam edəcək.

E.Ə.

0
4