Vova Vartanov erməni kəşfiyyatının uğursuzluğundan danışdı

Vova Vartanov erməni kəşfiyyatının uğursuzluğundan danışdı

“Bir şeyi görmək, eşitmək azdır”.

Kəşfiyyat rəisinin vəzifədən çıxarılması doğru qərar idi, belə ki, kəşfiyyat onun qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlmədi. 

Oxu.Az xəbər verir ki, bu barədə ilk erməni kəşfiyyat-təxribat qruplarından birinin yaradıcısı Vova Vartanov “Aravot” erməni saytına verdiyi müsahibəsində bildirib. 

Onun sözlərinə görə, prezidentin Baş qərargah yanında Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arşak Karapetyanın vəzifəsindən azad edilməsi haqqında qərarı, bir sıra ictimai-siyasi xadimlərin iddia etdikləri kimi, faktiki olaraq aprelin 2-nə keçən gecə kəşfiyyatın uğursuzluğunu göstərirdi. 

Vova Vartanovun sözlərinə görə, problem kəşfiyyatçıların məlumatsız olmalarında deyil, kəşfiyyatın özündə idi:

“Çünki, əgər bütün kəşfiyyatçılar, məsələn, min nəfər, məlumata malikdirlər, amma hərbi-siyasi rəhbərliyə reallığı analitik vəziyyətdə çatdıra bilmirlərsə, bu kəşfiyyatın səriştəsizliyini göstərir, çünki hərbi rəhbərliyin bilgisizliyi, kəşfiyyatın bilgisizliyidir”.

Vartanovun fikrincə, əgər kəşfiyyat əmin edə bilmirsə, onun hesabatı inandırıcı səslənmirsə, bu elə bilməməyə bərabərdir:

“Bir şeyi görmək, eşitmək azdır, bütün bunları müvafiq adamlarla təhlil etməli, çeynəməli, hətta generalların piylənmiş beyinləri üçün həzm edilən hala gətirməlisən və ali idarə heyətinə elə təqdim etməlisən ki, onda şübhə qalmasın”. 

0
19