Dövlət büdcəsinin kəsiri 155 mln. manat azalıb

Dövlət büdcəsinin kəsiri 155 mln. manat azalıb

2016-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 12 mlrd. 103,9 mln. manat vəsait daxil olub, büdcədən 12 mlrd. 468,2 mln. manat vəsait xərclənib.

"APA-Economics" Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, büdcənin icrasında yaranmış 364,3 mln. manatlıq kəsir ümumi daxili məhsulun 0,7%-i səviyyəsində olub.

Xatırladaq ki, cari ilin 9 ayında dövlət büdcəsinin icrasında 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Beləliklə, büdcə kəsiri 154,8 mln. manat azalıb.

0
7