OPEK neft istehsal edən ölkələrin yeni görüşünü hazırlayır

OPEK neft istehsal edən ölkələrin yeni görüşünü hazırlayır

OPEK-ə üzv ölkələrin görüşünün keçirilməsi dekabrın ortasında Qahirədə planlaşdırılır.

Oxu.Az xəbər verir ki, bu barədə Misirin neft nazirinin nümayəndəsi Həmdi Abdel Əziz bəyan edib.

“OPEK neft istehsalçısı ölkələrinin görüşünü gələn ayın ortalarında Qahirədə keçirəcək”, - RİA Novosti-yə nazirliyin nümayəndəsi bildirib.

İraqın neft nazirliyinin nümayəndəsi Asem Cihad öz növbəsində qeyd edib ki, nazirliyin rəhbəri bu görüşdə iştirak etmək niyyətindədir. Onun məlumatına görə, görüş dekabrın 11-12-nə planlaşdırılıb.

Noyabrın 30-da Vyanada OPEK-in rəsmi görüşü çərçivəsində neft bazarının normallaşdırılması üzrə yekun qərar qəbul edilməlidir. Təşkilata daxil olan və olmayan idxalçı ölkələr daha öncə Əlcəzair sazişinin həyata keçirilməsinin variantlarını müzakirə ediblər, amma görüşün nəticələrinə görə vahid fikrə gəlinməyib. Yeganə qərar Vyanada təşkilatın planlaşdırılmış sammitindən öncə görüşmək oldu.

N.O.

0
2