Asiya İnkişaf Bankı Azərbaycana yeni vəsait ayıra bilər

Asiya İnkişaf Bankı Azərbaycana yeni vəsait ayıra bilər

“Asiya İnkişaf Bankının İdarə Heyəti Direktorlar Şurasına Azərbaycana 500 milyon dollar ayrılması üçün müraciət edib”.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq bildirib.

“Hökumət bu il Asiya İnkişaf Bankına müraciət etmişdir. Biz müraciəti qiymətləndiririk.Təklif hazırlayıb, Direktorlar Şurasına təqdim etmişik. Təklifdə 500 milyon dollar həcmində vəsaitin təsdiq edilməsini Şuradan xahiş edirik.

Ümid edirik ki, Şura bu məbləği təsdiq edəcəkdir. Bu vəsait hökumətə təcili ehtiyacların təmin edilməsi üçün nəzərdə tutulan vəsaitdir. Vəsait sosial müdafiə, diversifikasiya, iş yerlərinin açılması – bu kimi işlərə sərf olunacaq. Hazırkı mərhələdə detallı cavab verə bilməyəcəm”, -deyə o bildirib.

U.A.

0
6