Səfirlik: “Tolerantlıq Birləşmiş Ərəb Əmirliyi cəmiyyətində möhkəm köklərə malikdir”

Səfirlik: “Tolerantlıq Birləşmiş Ərəb Əmirliyi cəmiyyətində möhkəm köklərə malikdir”

16 noyabr - Beynəlxalq Tolerantlıq Günüdür.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti və xalqı başqa din və əqidələrə hörmət və ehtiramla yanaşaraq, böyük bir tolerantlıq nümunəsi nümayiş etdirir. Tolerantlıq BƏƏ cəmiyyətində möhkəm köklərə malikdir. Tolerantlıq Nazirliyi öz uzaqgörən siyasətində bəşəriyyətə xidmət edən tolerantlıq nümunələrinə geniş yer verir.

Bu barədə Oxu.Az-a BƏƏ-nin ölkəmizdəki səfirliyindən bildirilib.

Şeyx Zəid ibn Sultan Ən Nahiyə belə qeyd edir:

“Biz müsəlmanıq. Necə ola bilər ki, tolerantlığı əldə rəhbər tutmayaq? Bu, çox qəribə olardı. Hər bir mömün rəhimli və tolerant olmalıdır”.

Şeyx Xəlifə ibn Zəid Ən Nəhyaya isə qeyd edir ki, BƏƏ öz əlaqələrini digər dövlətlərlə qarşılıqlı ehtiram, hörmət, qarşılıqlı əməkdaşlıq, dialoq əsasında quraraq terrorun bütün formalarını rədd edir.

Şeyx Muhəmməd ibn Raşid Əl Məktum söyləyir:

“Bu region yalnız tolerantlığın mövcudluğu ilə digərlərinin dini, mədəni fikirlərini qəbul etməklə çiçəklənər”.

Şeyx Məhəmməd ibn Zəid Ən-Nəhayan BƏƏ-nin həmişə sülhə çağırış etdiyini və xalqlar arasında tolerantlığ rəmzi olduğunu vurğulayır.

BƏƏ-də tolerantlığın əsasları:

- İslam;

- BƏƏ-n konstitusiyası;

- Şeyx Zəidin irsi (Əxlaqi irsi);

- Beynəlxalq konvensiyalar;

- Abidələr və tarix;

- İnsan fitrəti;

- Ümumi dəyər;

Tolerantlıq barədə elan olunan mesajlar:

- BƏƏ dünyada tolernatlıq mədəniyyətini yaymaq sahəsində üçüncü yerdədir.

- BƏƏ tolerantlıq, dinc yanaşı yaşamaq kimi dəyərləri alqışlayaraq və zorakılığı və radikalizmi rədd edən bir cox beynəlxalq öhdəliklərə qoşulmuşdur.

- BƏƏ tolerantlıq nümunəsi hesab olunur. Burada 200-dən artıq millətin nümayəndəsi dinc və əmin-amanlıq şəraitində yaşayır.

- Tolerantlıq BƏƏ-nin xarici siyasətində əsas sütunlardan biridir.

- BƏƏ dövlət səviyyəsində bir sıra qanunlar qəbul edib ki, burada da tolerantlıq mədəniyyəti önəmli rol oynayıb.

- BƏƏ hökuməti tolerantlığın möhkəmlənməsi və multikulturalizmin inkişafına böyük diqqət yetirərək irqi ayrı-seçkiliyi və nifrəti rədd edir.

- BƏƏ-in konstitusiyasının 25, 32, 40-ci maddələri bərabərliyi, ehtiramı əsas tutur, irqi ayrı-seçkiliyi rədd edir.

- BƏƏ-in ictimai mühiti Şeyx Zəid və onun əvvəlki sülaləsinin timsalında tolerantlıq, sülh və multikulturalizmə böyük önəm vermişlər.

A.S.

0
29