Nabiullina: Rusiya iqtisadiyyatını üç mürəkkəb il gözləyir

Nabiullina: Rusiya iqtisadiyyatını üç mürəkkəb il gözləyir

Yaxın üç il Rusiya iqtisadiyyatı üçün xarici və daxili şərtlər mürəkkəb olaraq qalacaq.

Oxu.Az vestifinance.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının (MB) rəhbəri Elvira Nabiullina bildirib.

Onun fikrincə, əgər hakimiyyət iqtisadiyyatda struktur dəyişiklikləri etməsə, Rusiyada ÜDM-nin mümkün artımı 2%-dən aşağı olacaq.

“İqtisadiyyatın bərpası 2008-2009-cu illərin böhranından fərqli olaraq uzana bilər və MB 2017-ci ildə ÜDM-da kiçik artım gözləyir”, - Nabiullina qeyd edib.

“Neftin qiymətləri yaxın üç ildə bir barel üçün 40 dollar səviyyəsində qalacaq, amma qiymətin 25 dollara qədər ucuzlaşması ehtimalı da var. MB riskli ssenarinin həyata keçirilməsinin ehtimalını aşağı hesab edir, amma bizim fikrimizcə, bu ssenari hər zaman əlimizin altında olmalıdır”, - MB rəhbəri bildirib.

Bu ssenarinin yerinə yetirilməsi zamanı 2017-2018-ci illərdə ÜDM-nin aşağı düşməsi davam edəcək, inflyasiya üzrə hədəfə nail olma imkanı 2018-ci ildə 4% yüksələcək.

“Lazım olduğu halda, MB maliyyə sabitliyinə dair vəziyyəti müşahidə edəcək. Əgər intervensiyalar və valyuta maliyyələşdirilməsi lazım gələrsə, bu ssenaridə buna hazırıq”, - Nabiullina vurğulayıb.

“MB Qərbin Rusiyaya qarşı sanksiyaların saxlanılacağını və dünya iqtisadiyyatının aşağı templə artacağını gözləyir. Rusiaydan kapital axını 2016-cı ildə 20 milyard dollardan az olacaq”, - Nabibulina bildirib.

N.O.

0
5