Dolların məzənnəsi 1,70-i keçdi

Dolların məzənnəsi 1,70-i keçdi

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 16-a olan USD/AZN məzənnəni açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN məzənnəsi noyabrın 16-da 1,7039 manat səviyyəsində müəyyən olunub. Bu, məzənnənin 0,50% bahalaşması deməkdir.

Qeyd edək ki, bununla Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi rekord noyabrın 16-sı hesab olunur. Belə ki, sonuncu dəfə USD/AZN məzənnəsində yeni rekord noyabrın 15-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,6954 manat olub.

U.A.

0
9