“Putin NATO”sunun rəhbəri Qarabağ ətrafındakı vəziyyətdən danışdı

“Putin NATO”sunun rəhbəri Qarabağ  ətrafındakı vəziyyətdən danışdı

“Dondurulmuş münaqişələrin gərginliyinin artması ehtimalı qalır”.

Dağlıq Qarabağda silahlı qarşıdurmanın gərginliyi azalmır. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)  baş katibi Nikolay Bordjua Moskvada keçirilən Beynəlxalq təhlükəsizlik üzrə 5-ci Moskva konfransında bildirib. 

“Dondurulmuş münaqişələrin gərginliyinin artması ehtimalı qalır. Son zamanlarda çox kəskin. Və təəssüf ki, Dağlıq Qarabağda silahlı qarşıdurmanın gərginliyi azalmır”, - Bordjua bəyan edib.

0
7