Yıldırım Aİ-ni Türkiyə və onun düşmənləri arasında seçim etməyə çağırıb

Yıldırım Aİ-ni Türkiyə və onun düşmənləri arasında seçim etməyə çağırıb

Avropa İttifaqı Türkiyə və onun düşmənləri arasında seçim etməlidir.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

Onun sözlərinə görə, Brüssel Ankaranın terror əleyhinə siyasətini dəyişəcəyinə ümid etməməlidir.

Qeyd edildiyi kimi, baş nazirin birbaşa efirdə yayımlanan Türkiyə parlamentindəki bəyanatı Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin ölkəyə rəsmi səfəri ilə üst-üstə düşüb.

N.O.

0
6