Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirilib

Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirilib

Dünən axşam Rusiyanın Novqorod vilayətinin Pestov şəhərində yaşayan Azərbaycan vətəndaşı ölümcül yaralanıb. Onu Ponomarevo kəndində bıçaqla vurublar.

Oxu.Az bu barədə vnnews.ru-ya istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, adı açıqlanmayan şəxs yaralı vəziyyətdə avtomobillə şəhərə çatıb, təcili yardım çağırılmasını xahiş edib, amma həkimlər gələnə qədər dünyasını dəyişib.

Məlumata görə, qətli törədən şəxsin axtarışı aparılır.

N.O.

0
4