Türkiyəli model: 16 yaşımdan bəri təcavüzə məruz qalıram

Türkiyəli model: 16 yaşımdan bəri təcavüzə məruz qalıram

“Kanal D” televiziyasında yayımlanan “Renkli Sayfalar” verilişinin qonağı olan türkiyəli model və aktrisa Sevda Demirel ona gələn əxlaqsız təkliflərə rədd cavabı verdiyinə görə mediadan uzaqlaşdırıldığını və uzun müddətdir işsiz qaldığını söyləyib.

Oxu.Az gazetevatan.com-a istinadla xəbər verir ki, o, canlı yayımda “16 yaşımdan bəri təcavüzə məruz qalıram. Dərgilərə çimərlik geyimində poza verdiyim üçün məni iş adı ilə çağırıb əxlaqsız təkliflər edirdilər. İndi 44 yaşım var, hələ də eyni təcavüzləri yaşayıram. Mənim həyatımı məhv etdilər” deyərək göz yaşlarına hakim ola bilməyib.

A.S.

0
9