Hansı müəllimlər imtahandan keçməlidirlər?

Hansı müəllimlər imtahandan keçməlidirlər?

Noyabrın 16-da məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçiriləcək.

Oxu.Az xəbər verir ki, Bakı şəhəri üzrə 3 mərkəzdə təşkil olunan imtahan 1 saat davam edəcək.

İmtahan Xəzər, Suraxanı, Sabunçu, Pirallahı rayonları üzrə 252, Nərimanov, Xətai, Nizami rayonları üzrə 62, Binəqədi, Qaradağ, Yasamal, Nəsimi və Səbail rayonları üzrə isə 18 nömrəli tam orta məktəbdə keçiriləcək.

Qeyd edək ki, imtahan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilir.

İmtahanda iştirak edən hər bir müəllimə müvafiq sertifikat veriləcək.

E.Ə.

www.oxu.az

0
6