Naxçıvanda irimiqyaslı təlimlər keçirilir

Naxçıvanda irimiqyaslı təlimlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində Naxçıvanda “Həyəcan” siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə təlimlər keçirilir.

Döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.

E.Ə.

0
5