Dollar dəyişmək üçün ən sərfəli banklar

Dollar dəyişmək üçün ən sərfəli banklar

Noyabrın 15-də Azərbaycan bankları arasında dolları ən yüksək qiymətlə alan bank “Amrahbank”dır.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu bank Amerika valyutasını 1,7550 manata alır.

Dolların qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank”dır. Bu bankda dolların alış qiyməti 1,6278 manatdır. Dolların ən aşağı satış qiyməti isə “Naxçıvanbank”dadır - 1,7530 manat.

Dolların ən yüksək satış qiyməti isə 1,7631 manatdır. Bu gün “Unibank” dolları bu məzənnə ilə satır. Bankların əksəriyyəti isə 1 dolları 1,7630 manata satır.

Avronun qiymətləri

Avronu ən baha satan “Azərbaycan Beynəlxalq Bankı”dır. Bu bankda Avropa valyutasının satış məzənnəsi 1,8949 manat müəyyən edilib. Avronu ən ucuz “Naxçıvanbank” satır - 1,8865 manat.

Avronu ən ucuz alan isə “Yapı Kredi bank”dır - 1,7483 manat. Avropa valyutasını ən baha alan isə “Amrahbank”dır. Bu bankda 1 avro 1,8900 manata alınır.

U.A.

0
6