Ulyukayevin səlahiyyətlərini müavini icra edəcək

Ulyukayevin səlahiyyətlərini müavini icra edəcək

Rusiyanda saxlanılan iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin səlahiyyətlərini müvəqqəti olaraq onun müavini Aleksey Vedev icra edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə nazirlikdəki mənbəyə istinadən RNS məlumat yayıb.

“Rəhbərliyin tərkibi haqqında arayışda bu gün nazirin səlahiyyətlərini müvəqqəti olaraq Aleksey Vedev yerinə yetirəcəyi bildirilib. Məlumatda hələlik yalnız bu gün Vedevin nazirin səlahiyyətlərini yerinə yetirəcəyi göstərilib. Daha sonra nə olacağı bəlli deyil”, - o deyib.

Noyabrın 15-nə keçən gecə Rusiyanın İstintaq Komitəsi iqtisadi inkişaf naziri Aleksey Ulyukayeva dair cinayət işi qaldırıb.

İstintaqın məlumatına görə, 2016-cı ilin noyabr ayının 14-də İqtisadi İnkişaf Nazirliyi tərəfindən “Rosneft” Neft Şirkətinə “Başneft” şirkətinin aksiyalar paketini əldə etmək üçün sazişin bağlanmasına dair müsbət rəyə görə 2 milyon dollar alıb.

N.O.

0
9