Büdcəyə gömrük daxilolmaları artıb

Büdcəyə gömrük daxilolmaları artıb

Bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 183 milyon 134,6 min manat təşkil edib. Daxilolmalar ötən ilin analoji dövri ilə müqayisədə 48 milyon 850,1 min manat və ya 36,4% artıb.


Oxu.Az komitəyə istinadən xəbər verir ki, sentyabr ayı ilə müqayisədə isə bu 44 milyon 515,3 min manat və ya 19,55% azalıb.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 57 milyon 108,9 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 117 milyon 649 min manat, aksizlər üzrə 5 milyon 884,6 min manat, yol vergisi üzrə isə 2 milyon 492,1 min manat təşkil edib.

U.A.

0
9