Rusiyada “Zika” virusuna iki yoluxma hadisəsi qeydə alınıb

Rusiyada “Zika” virusuna iki yoluxma hadisəsi qeydə alınıb

Rusiya İstehlakçıların hüquqlarının və insanların rifahının qorunmasına nəzarət üzrə federal xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova bəyan edib ki, Rusiyada iki yeni “Zika” virusuna yoluxma hadisəsi qeydə alınıb.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

“Karib hövzəsindən daha iki “Zika” virusu hadisəsi. Hər iki şəxs Moskva sakinidir”, - Popova bəyan edib.

Oktyabrın əvvəlində federal xidmət tərəfindən Rusiyaya “Zika” virusunun gətirilməsi ilə bağlı on hadisə qeydə alınmışdı.

“Zika virusu” – meymunlarda kəskin infeksion xəstəlikdir, insanlara ağcaqanad vasitəsilə ötürülür.

N.O.

0
4