Bakıda 51 min dollarlıq dələduzluq

Bakıda 51 min dollarlıq dələduzluq

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq edilib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Atakan Dursun oğlu Çeliki hüquq-mühafizə orqanlarına müraciət edərək dələduzluqla üzləşdiyini bildirib.

Atakan Çeliki ərizəsində qeyd edib ki, 2013-cü ilin iyul ayında Emin Hüseynov adlı şəxs onu aldadaraq 51000 ABŞ dolları pulunu alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.

0
7