Bu il Neft Fondu neft-qaz satışından nə qədər qazanıb?

Bu il Neft Fondu neft-qaz satışından nə qədər qazanıb?

Dövlət Neft Fondu (SOFAZ) bu günə qədər “Azəri-Çıraq-Günəşli” neft (AÇG) və “Şahdəniz” qaz yatağının istismarından əldə etdiyi gəlirlərinin məbləğini açıqlayıb.

Bu barədə Oxu.Az-a Fonddan bildirilib.

Məlumata görə, SOFAZ-ın AÇG layihəsi üzrə 2001-ci ildən bu il noyabrın 1-nə qədər ümumi gəliri 121,03 milyard dollar təşkil edib.

Bunun 4,021 milyard dolları 2016-cı ilin payına düşüb. Fond “Şahdəniz” layihəsindən isə 2007-ci ildən bu il noyabrın 1-nə qədər 2,506 milyard dollar gəlir əldə edib. Bunun isə 64 milyon dolları bu il əldə olunub.

Başqa sözlə, Neft Fondunun bu iki layihə üzrə ümumi gəlirləri 123,536 milyard dollar olub ki, bunun da 4,085 milyard dolları 2016-cı ilin payına düşüb.

U.A.

0
5