Azərbaycanlı fotoqraf qızıl medal aldı

Azərbaycanlı fotoqraf qızıl medal aldı

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Bosniya və Herseqovinada keçirilən “Grand Photo Salon Bosnia - 2016” beynəlxalq fotomüsabiqədə “Sinxron üzmə” fotoşəklinə görə “İdman” kateqoriyasında IAAP-ın (International Assotiation of Art Photographers) qızıl medalına layiq görülüb.

Oxu.Az xəbər verir ki, Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) və IAAP-ın himayəsi altında keçirilmiş beynəlxalq fotomüsabiqəyə dünyanın 54 ölkəsindən 246 fotoqrafın 5013 işi təqdim olunmuşdu.

“Sinxron üzmə” fotoşəkli 2015-ci ilin iyun ayında Bakı şəhərində Birinci Avropa Oyunları zamanı çəkilib.

A.S.

0
7