(R) DəmirBank-ın “Sabirabad” filial müştəriləri üçün xüsusi təklif

(R) DəmirBank-ın “Sabirabad” filial müştəriləri üçün xüsusi təklif

Mütəmadi olaraq müxtəlif kampaniyalar keçirən DəmirBank bu dəfə “Sabirabad” filial müştəriləri üçün daxili pul köçürmələri üzrə xüsusi aksiyaya start verib. Aksiyanın şərtlərinə əsasən müştərilər “Şimşək” daxili pul köçürməsi sistemi ilə vəsaitləri Bankın cari tariflərindən daha aşağı tariflərlə göndərə bilərlər.

Bundan əlavə, Bank-ın “Sabirabad” filial müştəriləri DəmirBank-ın “Zolotaya Korona” ilə birgə keçirdiyi aksiyadan da faydalana bilərlər. Belə ki, “Zolotaya Korona” sistemi ilə DəmirBank-ın istənilən filialından pul göndərən müştərilərə göndərilmiş vəsaitin məbləğindən asılı olaraq müxtəlif hədiyyələr təqdim edilir.

Paralel olaraq, DəmirBank-ın “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyası mövcuddur ki, adı çəkilən aksiya çərçivəsində “Şimşək” sistemi üzrə pul göndərən müştərilərə mobil rabitə ödəmə kartı hədiyyə edilir. Bankın filiallarında ən azı 500 AZN / USD / EUR məbləğində pul köçürən müştəriyə istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Bakı və regionlarda ən geniş filial şəbəkəsinə malik olan banklardan biri olaraq, DəmirBank müştərilərə zaman itkisi olmadan və əlavə hesab açılmadan rahatlıqla bir çox xarici valyuta növündə köçürmələri həyata keçirmək imkanını təklif edir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

 http://www.demirbank.az

www.facebook.com/demirbank.az

0
5