Rusiyada azərbaycanlı müğənni ölümlə nəticələnən yol qəzasında ittiham olunur

Rusiyada azərbaycanlı müğənni ölümlə nəticələnən yol qəzasında ittiham olunur

Onun sürücülük vəsiqəsi olmayıb.

24 yaşlı Azərbaycan vətəndaşı Elbrus Canmirzəyev ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol hərəkəti qaydalarının pozulmasında ittiham olunur.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, müğənni olan E.Canmirzəyeva qarşı cinayət işi Rusiyanın Krasnodar vilayətinin prokurorluğu tərəfindən məhkəməyə göndərilib.

Qəza ötən il dekabr ayının sonlarında Armavir yaxınlığındakı şosedə baş verib. Sürücülük vəsiqəsi olmayan müğənni “Lexus” markalı avtomobili idarə edib. 

Qaranlıq vaxtı eyni istiqamətdə qarşıda hərəkət edən "Skaniya" yük maşınına çırpılıb. 

Qəza nəticəsində müğənninin 34 yaşlı prodüseri Kamran Əmirov həyatını itirib.

0
9