Azərbaycanda sosial şəbəkələrdə yalan xəbər yayanlara qarşı sərt cəza

Azərbaycanda sosial şəbəkələrdə yalan xəbər yayanlara qarşı sərt cəza

“Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

Deputat bildirib ki, artıq Baş prokuror Zakir Qaralovun imzası ilə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi üçün qanun layihəsi Milli Məclisə daxil olub.

“Bu günə qədər sosial şəbəkələrdə saxta profillər və saxta adlarla yalan xəbərləri yayanlara, təhlükəli çağırışlar edənlərə qarşı cinayət məsuliyyəti yox idi. Bu, Azərbaycanda bir yenilikdir.

Artıq bundan sonra bu məsələlərə ciddi hüquqi qiymət veriləcək. Artıq sosial şəbəkələrdə milli, dini ədavəti qızışdıranlara, müharibə çağırışları edənlərə də cinayət işi açılacaq. Cinayət Məcəlləsinə ediləcək dəyişiklikərdə cərimədən tutmuş həbsə, azadlıqdan məhrum etməyə qədər cəza nəzərdə tutulub”, - deyə Çingiz Qənizadə bildirib.

E.Ə.

0
4