Qazaxıstanda Nursultan Nazarbayevin təsviri olan əsginas buraxılacaq

Qazaxıstanda Nursultan Nazarbayevin təsviri olan əsginas buraxılacaq

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təsviri olan suvenir əsginas respublikada dekabrın 1-də qeyd edilən Birinci prezident günündə buraxılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Xabar 24” telekanalının saytında məlumat yayılıb.

Telekanalın məlumatına görə, Astanada “Qazaxıstanın müstəqilliyinin 25 illiyi: milli valyuta” mövzusunda Qazaxıstanın Milli Bankının konfransı keçirilib.

“Tədbirin gedişatında Qazaxıstanın Milli Bankının sədri Daniyar Akişev tərəfindən suvenir 10 minlik əsginas təqdim edilib. Müstəqilliyin 25 illiyinə həsr edilmiş əsginasın üzərində Nursultan Nazarbayevin təsviri yer alır. 10 min tenge dəyərində olan əsginas dövriyyəyə dekabrın 1-də buraxılacaq”, - məlumatda deyilir.

N.O.

0
8