Rusiya sərhədində sıxlıq ilə bağlı son vəziyyət – FOTO

Rusiya sərhədində sıxlıq ilə bağlı son vəziyyət – FOTO

Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən Oxu.Az-a bildirilib.

Xatırladaq ki, Rusiya tərəfindəki sərhəd-keçid məntəqəsinin buraxılış potensialının aşağı olması ilə əlaqədar son günlər “Samur” gömrük postunda yaranan sıxlıq Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya tərəfi ilə apardığı intensiv danışıqlar nəticəsində aradan qaldırılıb.

Belə ki, 11-13 noyabr tarixlərində 475 yük avtomobilinin sərhəddən keçməsi təmin olunub. Noyabrın 14-də isə daha 215 avtonəqliyyat vasitəsi sərhədi keçib.

Hazırda “Samur” gömrük postu gündəlik iş rejimində fəaliyyətini davam etdirir və sərhəd-keçid məntəqəsində heç bir sıxlıq müşahidə olunmur.

U.A.

0
7