Mogerini: Aİ müxalifəti təqib etdiyinə görə Türkiyəni tənqid etməyə davam edəcək

Mogerini: Aİ müxalifəti təqib etdiyinə görə Türkiyəni tənqid etməyə davam edəcək

Avropa İttifaqı (Aİ) müxalifəti təqib etdiyinə görə Türkiyəni tənqid etməyə davam edəcək, amma bununla yanaşı, Ankara ilə dialoq üçün kanalları açıq saxlayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini XİN rəhbərləri səviyyəsində Aİ-nin Şurasının iclasının yekunları üzrə mətbuat konfransında bildirib.

“Nazirlər Avropa İttifaqının vahid mövqeyinin saxlanılmasına dair razılığa gəliblər. Keçən həftə bəyan edilən mövqedə Aİ ölkələrinin vətəndaş cəmiyyətinə və mətbuat azadlığına təzyiqin güclənməsini əks etdirir”, - o deyib.

Mogerini eyni zamanda namizəd ölkə və Aİ arasında davam etdirilməsi lazım olan dialoqun davam etdirilməsi üçün Türkiyə ilə əlaqələrin açıq saxlanılacağını bildirib.

N.O.

0
4