Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə gedib

Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə gedib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə yola düşüb.

Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər əsnasında nazir Elmar Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq.

N.О.

0
6