Bakıda Rövşən Lənkəranski və “Lotu Quli”nun tərəfdarları saxlanılıb - YENİLƏNİB

Bakıda Rövşən Lənkəranski və “Lotu Quli”nun tərəfdarları saxlanılıb - YENİLƏNİB

Onlardan üç ədəd silah götürülüb.

Mütəşəkkil cinayətkar qrupun (MCQ) saxlanılması üzrə uğurlu əməliyyat həyata keçirilib.

Əməliyyatı Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsinin və Sabunçu rayon Polis İdarəsinin əməkdaşları birgə həyata keçiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə Sputnik-ə Bakı şəhər BPİ-dən bildiriblər.  

Əməliyyat zamanı Sabunçu qəsəbə sakinləri - 1983-cü il təvəllüldü İbayev Namiq Həbulla oğlu, 1985-ci il təvəllüdlü Quliyev Kamil İsrafil oğlu, 1980-ci il təvəllüdlü İbrahimov Orxan Rafail oğlu və 1981-ci il təvəllüdlü Haşimov Namiq Ağacan oğlu saxlanılıb.

Saxlanılan zaman əməliyyatçılar İbayevdən 2,688 qram heroin, eləcə də  markalı avtomobilin yük hissəsindən 120,121 qram heroin, nömrəsi silinmiş “Kalaşnikov” avtomatı və 32 güllə aşkar ediblər.

Kamil Quliyevə məxsus VAZ-2104 markalı avtomobildən əməliyyatçılar 128 qram heroin və dörd güllə ilə “Naqan” tipli tapança taparaq müsadirə ediblər. İbrahimovdan 148,14 qram marixuana, Həşimovdan isə 124,28 qram heroin müsadirə edilib.

İlkin istintaq zamanı müəyyən edilib ki, İbayev bu ilin fevralında törədilmiş xuliqanlıqda da ittiham edilir.

Polisdən bildiriblər ki, saxlanılan şəxslər kriminal avtoritetlərdir və iki “qanuni oğru”nun tərəfdarlarıdır. İlkin məlumata görə, həbs edilən şəxslər arasında kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Cəniyevin, eləcə də 8 saylı penitensiar müəssisədə cəzasını çəkən Nadir Səfərovun (Lotu Qulu) tərəfdarlarıdır.

Azərbaycan DİN-də olan digər mənbə qeyd edib ki, son dörd gün ərzində Bakıda aparılan xüsusi əməliyyatlar nəticəsində kriminal avtoritetlərin başçılıq etdikləri mütəşəkkil cinayətkar qrupların 60-dan çox üzvü saxlanılıb.  

Hazırda saxlaınaln şəxslərin və müsadirə edilən silahların daha öncə törədilmiş cinayətlərə aidiyatlıqları yoxlanılır.

11.41

Bakıda kriminal aləmin nüfuzlu şəxsləri hesab edilən üç nəfər saxlanılıb.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, Sabunçu rayonunda kafelərdən birində baş tutan əməliyyatı Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin əməkdaşları keçiriblər.

Tutulan şəxslərin üzərindən və avtomobillərindən ümumilikdə üç ədəd silah - “Kalaşnikov” avtomatı, “Makarov” və “Naqan” tapançaları, habelə narkotik maddə olan heroin götürülüb.

İlkin məlumata əsasən, tutulan şəxslər “Lotu Quli” kimi tanınan, hazırda həbsdə olan Nadir Səlifova yaxınlığı ilə tanınan şəxslər olub.

0
85