Rusiyada nazir həbs edilib

Rusiyada nazir həbs edilib

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb.

Oxu.Az İnnterfax-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, o, “Başneft”in dövlət səhmlərinin “Rosneft”ə satılması ilə bağlı sövdələşmənin müsbət qiymətləndirilməsi üçün 2 milyon dollar məbləğində rüşvət alıb.

Məlumata görə, nazir hazırda həbsdədir və ona qarşı istintaq-əməliyyat tədbiri həyata keçirilir.

E.Ə.

0
5