Egey dənizində bir-birinin ardınca 9 zəlzələ

Egey dənizində bir-birinin ardınca 9 zəlzələ

Egey dənizində bir-birinin ardınca 9 zəlzələ olub.

APA-nın "Milliyet"-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla 21:20-də baş verən ilk zəlzələnin maqnitudası 3.8 bal təşkil edib. Bundan sonra bir saat ərzində 2,5 – 3,6 maqnitudalı daha səkkiz yeraltı təkan qeydə alınıb.

Zəlzələ Türkiyənin Bodrum vilayəti və Yunanıstanın Kos adasında hiss olunub. Yeraltı təkanlar nəticəsində dağıntı və zərərçəkən olmayıb.

0
8