Rusiyanın iqtisadi inkişaf naziri saxlanıldı

Rusiyanın iqtisadi inkişaf naziri saxlanıldı

Rusiya İstintaq Komitəsi ölkənin İqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nazir artıq saxlanılıb, ona qarşı həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

İstintaq Komitəsinin məlumatına görə, A. Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, nazir rüşvət alan zaman saxlanılıb.

0
6