Keçmiş prezidentin meyitinin qalıqları eksqumasiya edildi

Keçmiş prezidentin meyitinin qalıqları eksqumasiya edildi

2010-cu ildə Rusiyanın Smolensk vilayəti ərazisində baş vermiş təyyarə qəzasında ölən Polşa prezidenti Lex Kaçinski və onun həyat yoldaşı Mariya Kaçinskinin qalıqları Krakov şəhərində eksqumasiya olunub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Kaçinskilərin meyitlərinin qalıqları  məhkəmə-tibbi ekspertizasına göndərilib. Qalıqlar noyabrın 18-də yenidən basdırılacaq.

Eksqumasiyada mərhum Polşa liderinin əkiz qardaşı Yaroslav Kaçinski iştirak edib. Polşa prokuroluğu 2017-ci ilin sonunadək təyyarə qəzasının istintaqı çərçivəsində 83 nəfərin qalıqlarını eksqumasiya etmək planlaşdırır.

Xatırladaq ki, göyərtəsində Lex Kaçinski, Mariya Kaçinski və digər yüksək rütbəli məmurların olduğu təyyarə  2010-ci il, aprelin 10-da Smolenskdə qəzaya uğrayıb.

0
8