Türkiyədə polisə hücum:2 yaralı

Türkiyədə polisə hücum:2 yaralı

Türkiyənin Bingöl vilayətində polis maşını PKK terror təşkilatı üzvlərinin hücumuna məruz qalıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, əldəqayırma bomba polis avtomobili ərazidən keçən zaman işə salınıb.

Hadisə nəticəsində yaralanan 2 polis əməkdaşı xəstəxanaya yerləşdirilib.  Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Terrorçuların tutulması üçün əməliyyat başlayıb.

0
7