Moskva Əliyev-Sarkisyanın görüşü barədə məlumatı təkzib etdi

Moskva Əliyev-Sarkisyanın görüşü barədə məlumatı təkzib etdi

“Rusiya hərbi kontaktların davamını istisna etmir”.

Rusiya Bakı və Yerevanın hərbi kontaktlarının davamını istisna etmir, baxmayaraq ki, söhbət yüksək səviyyədə görüşdən getmir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. 

“Mən hələlik, münaqişə zonasında gərginliyin yaranmasına baxmayaraq, belə görüşün hazırlanmasına dair eşitməmişəm”. Bu tərəflər arasında birbaşa dialoq prosesini kəskinləşdirib, - o deyib. – Orada Rusiya vasitəçiliyi ilə qarşıdurmanı aradan qaldırmaq mümkün olub. Çox güman ki, söhbət hərbçilər arasında kontaktdan gedəcək”.

ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağda vəziyyət üzrə hesabatla çıxış edə bilərlər, Lukaşeviç qeyd edib. 

“Həmsədrlər aprelin 20-də hazırkı sədrin yanında olublar. Aprelin 6-9-da regionda olublar, sədrə vəziyyət barədə hesabat veriblər, - Rusiyanın daimi nümayəndəsi bildirib. – Onların gələcək fəaliyyətə dair hesabtla Vyanada çıxış edə biləcəkləri gözlənilir”. 

0
34