Obama miqrantları müdafiə etdi

Obama miqrantları müdafiə etdi

Qeyri-qanuni miqrantları ölkədən deportasiya etməkdən əvvəl çox ciddi fikirləşmək lazımdır.

APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama keçirdiyi mətbuat konfransında deyib.

“Mən Tramp administrasiyasını bu barədə düşünməyə çağırıram. Miqrantların deportasiyası ilə bağlı tələsmək lazım deyil. Xüsusən uşaqlı olanlara qarşı. Həmin uşaqlar yenidən gizlənməyə başlamamış, mən yeni hökuməti çox ciddi düşünməyə çağırıram”, deyə B.Obama bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti seçilən Donald Tramp üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcəyini bildirib.

0
8